Sevginin menasi

Sevgi qəlbin ən dərin küncündə gizlənib saxlanılan bir səltənətə bənzəyər, kimisi üçün bu səltənət həyat amalı, kimisi üçün sınaq ocağı, kimisi üçün saxtalıq yuvası, kimisi üçün limanına çatmayan uzaqdan göyərtəsi görünən gəmiyə bənzər.

Sevgi qanadsız quş kimi göylərdən havaya buraxılar, kimisi onu tuta bilməyib əlindən buraxar, kimisi yerə düşməyindən hər an qorxaraq ondan yapışar.

Sevgi danışmayan ürəyin titrəyişidir, kimisinə o mahnı oxuyar, kimisinə yas saxlayar.

Sevgi bitməyən sonsuzluğun ümanıdır, sonu olduğu zaman cismi məhv edər, kimisi bu dərdən ölər, kimisi dərdini öldürər.

Sevgi damlalar axıdan gözləri yaşardar, kimisi bu yaşı həyatı boyu anar, kimisi o yaş üçün başqa gözlərdən damar.

Sevgi bir canlıya, bir quşa, bir insana Allah tərəfindən verilən hədiyyədir, kimisi onu yaşayar, kimisi onu yaşadar.

Sevgi sevirəm sözünü dilə gətirməsədə qəlbində həmişə sevirəm deyər.

Sevgi solan ümidlərin son vidasıdırsa, ölən arzuların birincisidir.

Sevgi hiss etməyən üçün mənasız, yaşayıb aldanan üçün acımasız, eşidib yaşamayan üçün müqəddəsdir.

Sevgi S hərifi ilə başlayar “Sən” , İ hərifi ilə bitər “İncimə” deyə.

Sevgi gəlin paltarı həvəsində olan gənc bir qızın qəlbində yaşanılan ülvi duyğudur,gəlmə tarixi gözlənilmədiyi kimi, getmə tarixidə öncədən söylənilməz.

Sevgi gəldiyi istiqaməti unudaraq getdiyi istiqaməti həmişə xatırlayar.

Sevgi bir çiçəyin ətrində, bir quşun lələyində, bir yağışın damlasında, bir dənizin sahilində, bir gecənin işığında amma cüt insanın canında yaşar.

Sevgi dogrunun, səmimiyyətin, sadəliyin, möhkəmliyin, iradənin, səbrin dostudursa, yalanın, böhtanın, həyasızlığın, saxtalığın qurbanı, qirurun isə üz bə üz qonşusudur.

Serhler
CeNNeT_MeLeYi [(Off)] (25.03.2012 / 22:39)
:balon:
CeNNeT_MeLeYi [(Off)] (22.04.2012 / 01:49)
:romeo:
~SeVeN_uReK~ [(Off)] (26.05.2012 / 15:53)
sagol....
Canalan [(Off)] (10.06.2012 / 00:14)
men sevgiye inanmiram
H@y@t@_yenilik [(Off)] (25.06.2012 / 16:53)
Gozel sozlerdi. Amma sevgi ne qeder saf temiz wirin olsada, sonu hemiwe ayriliqla bitir.
Esya [(Off)] (04.07.2012 / 14:41)
duzdu ama bular kecmisde qalib
Ana Sehife | Yenile
Versiya: Wap / Vml / Sensor / Web
2010-2014 TiTaniC.az
Saat: 05:22
Kecidlerin: 0